“Qəbələ” – “İnter” matçı Əliyar Ağayevə tapşırıldı
09.08.2013 - 10:40
“Qəbələ” – “İnter” matçı Əliyar Ağayevə tapşırıldı
Topaz Premyer Liqasında 2-ci turun oyunlarına təyinatlar açıqlanıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, ilk turda olduğu kimi bu dəfə də 2 matçda meydanda 5 ədalət təmsilçisi olacaq.

Belə ki, mərkəzi görüşlərdə - AZAL – “Bakı” - “Qəbələ” – “İnter” matçlarında 2 hakim qapıların arxasında olacaq. Sabah bu görüşlərdən birincisində əsas referi olacaq Rəhim Həsənov avqustun 11-də keçiriləcək ikinci oyunda cərimə meydançasında baş verənləri nəzarətdə saxlayacaq.

10 avqust
21:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov
Bayıl Arena stadionu

19:00. AZAL – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AZAL Arena stadionu

11 avqust
20:00. “Xəzər Lənkəran” – “Simurq”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu

18:00. “Qəbələ” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu

20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, İsgəndər Əliyev, Sərxan İsmayılov
T.Bəhramov adına Respublika stadionu