“Fənərbaxça” üçün çətin rəqib
09.08.2013 - 14:00
“Fənərbaxça” üçün çətin rəqib
Bu gün UEFA Çempionlar Liqası (ÇL) pley-off mərhələnin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə 10 cütlük formalaşıb.

Püşkün nəticəsinə əsasən Azərbaycanda da kifayət qədər azarkeşi olan “Fənərbaxça”nın bəxti gətirməyib. Son anda ÇL-ə qatılacağı bilinən İstanbul təmsilçisi bu mərhələdən mübarizə başlayacaq “Arsenal”la qüvvəsini sınayacaq. Onlar ingilisləri əvvəl evdə qəbul edib, ardınca Londona yollanacaqlar.

Bu cütlə yanaşı, pley-off mərhələsində PSV – “Milan” qarşılaşmasının da gərgin keçəcəyini gözləməyə dəyər.

Çempionlar
“Dinamo” (Zaqreb, Xorvatiya) - “Austriya” (Avstriya)
“Ludoqorets” (Bolqarıstan) - “Bazel” (İsveçrə)
“Viktoriya” (Plzen, Çexiya) - “Maribor” (Sloveniya)
“Şaxtyor” (Qazaxıstan) - “Seltik” (Şotlandiya)
“Styaua” (Rumıniya) - “Legiya” (Polşa)


Çempion olmayanlar
“Lion” (Fransa) - “Real Sosyedad” (İspaniya)
“Şalke” (Almaniya) - “Metallist” (Ukrayna)
“Pasuş Ferreyra” (Portuqaliya) - “Zenit” (Rusiya)
PSV (Hollandiya) - “Milan” (İtaliya)
“Fənərbaxça” (Türkiyə) - “Arsenal” (İngiltərə)


Qeyd edək ki, bu mərhələnin ilk oyunları avqustun 20-21, cavab matçları isə 1 həftə sonra olacaq.