Sabiqlərin qarşıdurması və ya 0:8-dən sonra Lənkərana dönüş
09.08.2013 - 11:20
Sabah Topaz Premyer Liqasında II tur start götürəcək. Apasport.az saytının məlumatına görə, açılış oyunlarının hər ikisi paytaxtda olacaq. Özü də maraqlıdır ki, bunlar Bakı derbisidir.
AZAL startda “Neftçi”yə böyük hesabla uduzandan sonra digər həmşəhərliləri ilə üzləşəcək. Elə “Bakı” üçün də ilk tur məğlubiyyətlə yadda qalıb. Deməli, uğursuzların duelində qələbənin əhəmiyyəti böyükdür. Hələ ki qol vuramayn yeganə komanda olan “Rəvan” son 3 mövsümün çempionu “Neftçi”ni qəbul edəcək. Qonaqlar aşkar favorit olsa da, həmşəhərlilərini də hesabdan silmək olmaz.
Turun mərkəzi oyunu isə Qəbələdə baş tutacaq. Çempionata əzmkar qələbə - 2:1-lə start götürən “Qəbələ” həmin hesabla uduzan “İnter”i qonaq edəcək. Bu matç sabiqlərin dueli kimi daha çox maraq doğurur. Belə ki, “İnter”in birdən-birə 3 futbolçusu – Vladimir Levin, İbrahima Niasse və Nizamı Hacıyev mövsümlərarası fasilədə “Qəbələ”yə keçib. Görüş qəbələlilərin rusiyalı baş məşqçisi Yuri Syominin doğma məkanda ilk oyunu kimi tarixə düşəəck.
“Qarabağ” İsveçdəki möhtəşəm qələbədən sonra ilk ev matçında “Sumqayıt” qarşısına çıxacaq. Ağdamlılar bu rəqibi yüksək liqada debüt mövsümündə yenə bilməyərək, ona 5 xal versə də, ötən mövsümdə qalib gələ bilib. “Xəzər Lənkəran” isə Avropa Liqasında Hayfa “Makkabi”sinə 0:8 hesablı məğlubiyyətdən sonra ilk dəfə Lənkəranda meydana çıxacaq.
10 avqust
II tur
21:00. “Rəvan” – “Neftçi”
Hakimlər: Ramil Diniyev, Rahil Ramazanov, Elşən Acalov, Ramil Əhmədov
Bayıl Arena stadionu
19:00. AZAL – “Bakı”
Hakimlər: Rəhim Həsənov, Munis Abdullayev, Yaşar Abbasov, Ömər Paşayev
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Orxan Məmmədov
AZAL Arena stadionu
11 avqust
20:00. “Xəzər Lənkəran” – “Simurq”
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Feyzulla Feyzullayev
Lənkəran şəhər stadionu
18:00. “Qəbələ” – “İnter”
Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Vaqif Musayev, İnqilab Məmmədov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Rəhim Həsənov
Qəbələ şəhər stadionu
20:00. “Qarabağ” – “Sumqayıt”
Hakimlər: Vüsal Əliyev, Cavanşir Yusifov, İsgəndər Əliyev, Sərxan İsmayılov
T.Bəhramov adına Respublika stadionu

| komanda | o | q | h | m | t | x | |
1 | Neftçi | 1 | 1 | 0 | 0 | 4-1 | 3 |
2 | Simurq | 1 | 1 | 0 | 0 | 2-0 | 3 |
3 | Qarabağ | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
4 | Qəbələ | 1 | 1 | 0 | 0 | 2-1 | 3 |
5 | Xəzər L | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
6 | Sumqayıt | 1 | 0 | 1 | 0 | 1-1 | 1 |
7 | İnter | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
8 | Bakı | 1 | 0 | 0 | 1 | 1-2 | 0 |
9 | Rəvan | 1 | 0 | 0 | 1 | 0-2 | 0 |
10 | AZAL | 1 | 0 | 0 | 1 | 1-4 | 0 |
0
0