“Neftçi” darmadağın oldu
09.08.2013 - 11:40
“Neftçi” darmadağın oldu
Bakıda təşkil olunmuş təlim-məşq toplanışı çərçivəsində 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun U-19 komandası ilə qarşılaşan milli 4:0 hesabı ilə qələbə qazanıb.

Qolları Roman Hüseynov, Umar Akmurzayev, Elnur Cəfərov və Fərid Kərimzadə vurub.

Mənbə: affa.az