Reynaldo, Vobay, Kvaratsxeliya...
09.08.2013 - 14:36
Reynaldo, Vobay, Kvaratsxeliya...
“Qarabağ”ın futbolçusu Reynaldo Silva Azərbaycan klubları üçün avrokuboklarda vurduğu qolların sayını 4-ə çatdırıb. Apasport.az saytının məlumatına görə, cari mövsümdə artıq 4-cü dəfə “Qarabağ” azarkeşlərinə qol sevinci yaşadan legioner bu göstəricidə 10 ən yaxşı bombardir sırasına qatılıb.

Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə cavab oyununda ikinci qolu vuran Reynaldo bundan öncə hər mərhələnin ilk qarşılaşmasında fərqlənirdisə, bu dəfə ikinci görüşdə də rəqibi məyus edib. Bununla da o, Vüqar Nadirov, Julius Vobay, Badri Kvaratsxeliya, Branimir Subaşiç, Feliks Felipe Almeyda və Baçana Sxadadze ilə 4-10-cu yerlərə şərik olub.

1. Rəşad Sadiqov 7
2-3. Rəşad Sadıqov 5
Əfran İsmayılov 5
4-10 Vüqar Nadirov 4
Julius Vobay 4
Badri Kvaratsxeliya 4
Branimir Subaşiç 4
Feliks Felipe Almeyda 4
Baçana Sxadadze 4
Reynaldo Silva 4