“Qarabağ”ın 114 yaşlı rəqibi: “Ayntraxt”ı yaxından tanıyaq
09.08.2013 - 15:39
Azərbaycanı UEFA Avropa Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” qrupa düşmək üçün Almaniyanın “Ayntraxt” klubu ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, ağdamlıların rəqibi nəinki vətənlərində, Avropada da kifayət qədər tanınmış komandalardandır.
Belə ki, Bundesliqanı son mövsümü 6-cı yerdə bitirən Frankfurt təmsilçisi 1899-cu ilin martında yaradılıb.
Tarixi ərzində 1 dəfə Almaniya çempionu (1959) olan “Ayntraxt” 4 dəfə (1974, 1975, 1981, 1988) ölkə kubokunu başı üzərinə qaldırıb. Onlar bundan əlavə, İntertoto (1967) və UEFA kubokunun (1980) da qalibi olmağı bacarıblar.
Lakin “Ayntraxt” həmişə pik nöqtədə olmayıb. II bundesliqanın da iştirakçısı olan klub axırıncı dəfə buradan Bundesliqaya ikinci yerin sahibi kimi 2012-ci ildə “qayıdıb”. Onlar 1998-ci ildə isə analoji yarışın çempionu adına da yiyələniblər.
Prezidenti Heribert Bruhhaqen olan komanda oyunlarını 51 min 500 nəfərlik “Kommerzbank-Arena”da keçirir. Bu stadion 1925-ci ildə tikilib. Əvvəllər “Valdstadion” adlanan arena 80 yaşından sponsora görə adını dəyişib.
Qeyd edək ki, Armin Fenin baş məşqçilik etdiyi “Ayntraxt” ilk matça Bakıda çıxacaq.

0
0