“Qarabağ” bizi fərdi ustalığı sayəsində üstələdi”
09.08.2013 - 16:20
“Gefle”nin futbolçusu Yohan Oremo Avropa Liqasının III təsnifat mərhələsində “Qarabağ”la cavab matçı barədə fikirlərini açıqlayıb. Apasport.az saytının məlumatına görə, İsveç təmsilçisinin hücumçusu Ağdam klubunun güclü olduğunu etiraf edib.
Onun sözlərinə görə, qitə miqyaslı yarışla vidalaşmalarında “Qarabağ”ın oyunçularının ustalığı da rol oynayıb: “Biz çox güclü rəqibə qarşı oynayırdıq. “Qarabağ” bunu hər 2 görüşdə sübut etdi. Onlardan topu almaq çox çətin idi və bu səbəbdən oyunumuz alınmadı. Fikrimcə, “Qarabağ” bizi bəzi futbolçuların fərdi ustalığı sayəsində üstələdi”.
Qeyd edək ki, “Gefle”yə ilk matçda 1:0 hesabı ilə qalib gələn komandamız ikinci görüşdə rəqibini 2 dəfə mərkəzə dəvət edib.

0
0