“Qrup mərhələsinə yüksəlmək üçün əla şansımız var”
09.08.2013 - 16:53
“Qrup mərhələsinə yüksəlmək üçün əla şansımız var”
“Püşkün nəticəsindən çox razıyam”. Apasport.az saytının məlumatına görə, bunu Almaniyanın “Ayntraxt” klubunun prezidenti Heribert Bruhhaqen deyib.

Bu gün Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb. Bu mərhələyədək irəliləyən “Qarabağ” qrupa düşmək üçün məhz Frankfurt təmsilçisi ilə qarşılaşacaq. Bruhhaqen bildirib ki, onun da komandasının əsas hədəfi budur və Ağdam təmsilçisi ilə dueldə yaxşı nəticəyə ümid etmək olar: “Fikrimcə, bizim Avropa Liqasının qrup mərhələsinə yüksəlmək üçün əla şansımız var”.