Ərsun Yanal pley-offdakı rəqibləri “Arsenal”dan danışdı
09.08.2013 - 18:44
Ərsun Yanal pley-offdakı rəqibləri “Arsenal”dan danışdı
Bu gün UEFA Çempionlar Liqası (ÇL) pley-off mərhələnin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan mərasimdə qardaş ölkə Türkiyənin təmsilçisi “Fənərbaxça”ya rəqib olaraq İngiltərənin nəhəng klublarından olan “Arsenal” düşüb.

Klubun rəsmi saytına müsahibə verən “sarı-lacivərdlilər”in baş məşqçisi Ərsun Yanal növbəti mərhələdə qarşılaşacaqları rəqibi dəyərləndirib: “Potensial rəqiblərimizin hamısı da güclü idi. Hesab edirəm ki, önəmli olan rəqiblə qarşılaşacağımız deyil, bizim necə oynayacağımızdır. Əsas odur ki, “Fənərbaxça” dünyanın ən güclü klubları arasında yer alsın və gücünü burada sınasın. Futbolçularımıza və azarkeşlərimizə güvənirəm. Mən bunu həmişə deyirəm ki, “Fənərbaxça”nın yeri Avropadır”.

Qeyd edək ki, “Fənərbaxça” Avstriya təmsilçisi “Zalsburq”u məğlub edərək pley-off mərhələsinə vəsiqə qazanıb.