Mourinyo: “Barselona” vaxtını boş yerə xərcləyir
09.08.2013 - 21:22
Mourinyo: “Barselona” vaxtını boş yerə xərcləyir
“Çelsi”nin baş məşqçisi Joze Mourinyo futbolçusu David Luisi transfer etmək istəyən “Barselona”ya cavab verib. Apasport.az xəbər verir ki, klub saytına açıqlama verən portuqaliyalı mütəxəssis Luisi heç bir kluba satmayacaqlarını deyib.

Mourinyo Kataloniya klubuna başqa müdafiəçilərlə maraqlanmağı məsləhət görüb: “Barselona”ya müdafiəçi lazımdırsa, siyahılarındakı digər oyunçulara müraciət etsinlər. Onlar David Luislə bağlı boş yerə vaxt xərcləyirlər. Onu heç bir kluba satmayacağıq”.

Qeyd edək ki, “Barselona” bir neçə gün əvvəl braziliyalı futbolçu üçün London klubuna 25 milyon avro təklif etmişdi.