Milinko Pantiç: Keçən turda buraxdığımız səhvləri təkrarlaya bilmərik
09.08.2013 - 21:48
Sabah Topaz Premyer Liqasında II turun oyunlarına start verilir. Apasport.az saytının məlumatına görə, çempionatın açılış qarşılaşmasında evdə “Qəbələ”yə 2:1 hesabı ilə məğlub olan “Bakı” paytaxtın digər təmsilçisi AZAL-la qarşılaşacaq.
Bu gen keçirilən məşqdən sonra klub saytına açıqlama verən komandanın baş məşqçisi Milinko Pantiç yalnız qələbə barədə düşündüklərini deyib: “Oyuna yaxşı hazırlaşmışıq. Rəqib komandanın yaxşı baş məşqçisi və oyunçuları var. Bununla yanaşı biz yalnız qələbə barədə düşünürük. Keçən turda buraxdığımız səhvləri təkrarlaya bilmərik”.
Xatırladaq ki, AZAL - “Bakı” görüşü 10 avqust, saat 19:00-da “AZAL Arena” stadionunda baş tutacaq.

0
0