Pirlo: “Yuventus”a yük olmaq istəmirəm
09.08.2013 - 23:37
Pirlo: “Yuventus”a yük olmaq istəmirəm
“Yuventu”un futbolçusu Andrea Pirlo gələcək karyerası ilə bağlı mətbuata açıqlama verib. Apasport.az saytının məlumatına görə, İtaliya klubu ilə 2014-cü ilin iyun ayına qədər müqaviləsi olan təcrübəli yarımmüdafiəçi mövsüm sonunda komandadan ayrıla biləcəyini deyib.

34 yaşlı futbolçu mövsüm sonunda rəhbərliklə yenidən görüşəcəyini bildirib: “Futbol oynamağa davam edəcəm. Amma hansı klub üçün mübarizə aparacağımı birlikdə görəcəyik. Rəhbərliklə danışdım və mövsüm sonunda yenidən görüşəcəyik. Təbii ki, yenə burada oynamaq istəyərəm, amma kluba yük olmaq istəmirəm. “Yuventus”un uğurlarının bir parçası olmaq istəyrəm, Guradan getsəm, kariyeramı ölkə xaricində davam etdirəcəm. Təbii ki, gedəcəyim klubun nüfuzlu olmağını istəyərəm”.

Qeyd edək ki, İtaliya millisinin üzvü 2011-ci ildə “Milan”dan “Yuventus”a transfer olunmuşdu.