Son çempion ilk turda büdrədi
10.08.2013 - 02:14
Son çempion ilk turda büdrədi
Futbol üzrə Fransa çempionatında I tura start verilib. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Günün yeganə qarşılaşmasında son çempion PSJ səfərdə “Monpelye”nin qonağı olub. İlk tur parislilər üçün uğursuz başlayıb. Qapısında gördüyü erkən qolla oyuna məğlub başlayan paytaxt klubu ikinci hissədə hesabı bərabərləşdirə bilib - 1:1.


Qeyd edək ki, Fransa Liqa 1-də bu gün daha 7 qarşılaşma keçiriləcək.



Fransa Liqa 1
I tur
9 avqust



“Monpelye” – PSJ – 1:1
Qollar:
Kabella, 10 – Maksvell, 60.