Yığmamızın rəqibi milliyə qaytarıldı
10.08.2013 - 09:08
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının müdafiəçisi Pepe yenidən heyətə çağırılıb. Apasport.az saytının məlumatına görə, arxa xətt oyunçusu 5 aydan sonra yığmadan dəvət alıb.
Belə ki, martın 26-da Azərbaycana qarşı forma geydikdən sonra Pepe ölkəsinin əsas komandasına çağırılmırdı. Bu dəfə isə Paulu Bentu müdafiəçini Hollandiya ilə avqustun 14-də baş tutacaq görüşə dəvət edib.
Qeyd edək ki, yığmamızla oyun Pepe üçün millidə 51-ci olmuşdu.

0
0