“Sevilya” rəsmisi: Yaxşı ki, Azərbaycan klubu ilə düşmədik
10.08.2013 - 09:33
“Sevilya” rəsmisi: Yaxşı ki, Azərbaycan klubu ilə düşmədik
“Bizim mümkün rəqiblər arasında ən güclüləri İsveç Elfsborq”u ilə Polşa “Şlensk”i idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniyanın “Sevilya”nın idman direktoru Ramon Rodriges deyib.

Avropa Liqasının pley-off mərhələsinin püşkatması zamanı “Qarabağ”ın 5 potensial rəqibindən biri olan ispaniyalıların rəsmisi Azərbaycan təmsilçisini nisbətən asan rəqib saysa da, ölkəmizə gəlməyəcəklərinə sevinir: “Püşkün nəticələri ilə bağlı düşüncələrim ikilidir. Bir yandan bizə nisbətən güclü rəqib düşdü. Digər tərəfdən isə Polşa səfəri ən yaxınlardan biridir. Artıq rəqibi öyrənə bilərik. Yaxşı ki, pley-offda Azərbaycan və ya Belarus klubu düşmədi. Yoxsa ki. bizi uzun səfər gözləyəcəkdi”.

Qeyd edək ki, “Qarabağ” Almaniyanın “Ayntraxt”, “Sevilya” isə Polşanın “Şlensk” klubu ilə qarşılaşacaq.