Qrup mərhələsinə aparan stadion – FOTOSESSİYA
10.08.2013 - 10:08
Avrokuboklarda mübarizəni davam etdirən yeganə Azərbaycan təmsilçisi “Qarabağ” pley-off mərhələsinin cavab oyununun zəngin tarixə malik stadionda keçirəcək. Apasport.az saytının məlumatına görə, Almaniya təmsilçisi “Ayntraxt”ın Frankfurtdakı arenası tarixi ilə öyünə bilər.
“Qarabağ”ım qrup mərhələsi ərəfəsində keçirəcəyi son – həlledici matçı qəbul edəcək stadion 1925-ci ildə inşa olunub. 2005-ci ilədək “Valdştadion” adlanan arena 80 illiyindən sonra “Kommersbank Arena” adını daşıyır. DÇ-1974, Avro-1988 və DÇ-2006-nın oyunlarını qəbul edən stadion sonuncu yarış ərəfəsində təmir olunaraq adını dəyişmişdi. Stadionun meydançasının ölçüləri 105x68-dir. Maraqlıdır ki. stadionun özünün dəmiryolu stansiyası var. Bu da azarkeşlərin oyuna rahat gəlmələrini təmin edir.
Tamaşaçı tutumuna gəlincə futbol matçlarında bu rəqəm 51500-ə çatır. Konsertlər zamanı isə 65000 seyrçi bu stadiona toplaşa bilir.

0
0