Lippertdən “Ayntraxt”a xəbərdarlıq: “Qarabağ” pis komanda deyil
10.08.2013 - 11:39
Lippertdən “Ayntraxt”a xəbərdarlıq: “Qarabağ” pis komanda deyil
Avropa Liqasının IV təsnifat mərhələsinin püşkündən sonra Almaniyadan olan həmkarlarımız 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Bernard Lipperti də yada salıb. Apapsort.az saytının məlumatına görə, avrokuboklardakı yeganə təmsilçimiz “Qarabağ”ın Frankfurtun “Ayntraxt”ına rəqib olması almaniyalı çalışdırıcını da gündəmə gətirib.

6 ildir ölkəmizdə çalışan Lippertin buna qədər 11 il Frankfurt təmsilçisində müxtəlif komandalarda məşqçi kimi işləməsini nəzərə alan almaniyalılar onun fikirlərini öyrənməyi lazım bilib. Mütəxəssis həmyerlilərinə qısaca xəbərdarlıq edib: “Qarabağ” bu yay 4 səviyyəli legioner də transfer edib. “Ayntraxt”ın rəqibi heç də pis komanda deyil”.