Yığmamızın rəqibi üçün 23 futbolçu
10.08.2013 - 12:35
Yığmamızın rəqibi üçün 23 futbolçu
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Portuqaliya yığmasının heyəti açıqlanıb. Apapsort.az saytının məlumatına görə, Paulu Bentu avqustun 14-də Hollandiya ilə keçiriləcək yoxlama oyununa 23 futbolçu dəvət edib.

Mütəxəssis bu qarşılaşma üçün sərəncamına 7 hücy=umçu çağırıb. Eyni sayda müdafiəçiyə də güvənəcək çalışdırıcı orta sahəyə 6 oyunçu cəlb edib.

Qapıçılar: Beto (Sevilya, İspaniya), Eduardo (Braqa), Rui Patrisio (Sportinq)
Müdafiəçilər: Joao Pereyra, Rikardo Koşta (hər ikisi “Valensiya”, İspaniya), Fabio Koentrao, Pepe (hər ikisi “Real”, İspaniya), Brunu Alveş (Fənərbaxça, Türkiyə), Silvio (Benfika), Neto (Zenit, Rusiya)
Yarımmüdafiəçilər: Andre Martins (Sportinq), Jioa Moutinyo (Monako, Fransa), Migel Veloso (Dinamo, Ukrayna), Ruben Mikael, Kustodio (hər ikisi “Braqa”), Ruben Amorim (Benfika)
Hücumçular: Nani (Mançester Yunayted, İngiltərə), Kriştianu Ronaldo (Real, İspaniya), Silvestr Varela (Porto), Vierinya (Volfsburq, Almaniya), Elder Poştiqa (Valensiya, İspaniya), Danni (Zenit. Rusiya), Nelson Oliveyra (Renn, Fransa).