“Xəzər Lənkəran”da 2 itki
10.08.2013 - 13:20
“Xəzər Lənkəran”da 2 itki
Sabah Topaz Premyer Liqasının 2013/2014 mövsümünün II turu çərçivəsində Zaqatalanın “Simurq” klubunu qonaq edəcək “Xəzər Lənkəran” oyun öncəsi son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, Lənkəran şəhər stadionunun əsas meydanında baş tutan məşqdə cənublular tam heyətlə hazırlıq keçməyib.

Belə ki, 2 futbolçu məşqə qatılmayıb. Bunlar zədəli qapıçı Duqlas Leyte və ailə problemləri üzündən hazırlığa qatılmayan Elnur Abdullayevdir.

Qeyd edək ki, “Xəzər Lənkəran” - “Simurq” oyunu sabah saat 20:00-da başlayacaq və matça giriş pulsuz olacaq.

Mənbə: lankaranfc.com