Yalnız 2 klub
10.08.2013 - 14:45
Avropa Liqasının cari mövsümündə yalnız 2 klub 5 qələbə qazanıb. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubu 6 matçdan sonra ən yaxşı nəticəyə malik 2 komandadan biridir.
Pley-off mərhələsi ərəfəsində hesabına 5 qələbə və 1 heç-heçə yazan təmsilçimizə yalnız Serbiya “Voyvodina”sı şərikdir. I təsnifat mərhələsindən mübarizəyə başlayan hər 2 komanda hərəyə yalnız 1 dəfə meydanı qələbəsiz tərk edib.
Avropa Liqasının digər iştirakçıları ya az oyun keçirdiyindən, ya da daha çox matçda qələbəyə həsrət qaldığından bu cütlükdən geri qalır.

0
0