Rəşad Sadıqova şərik tapıldı
10.08.2013 - 15:55
Rəşad Sadıqova şərik tapıldı
Avropa Liqasının III təsnifat mərhələsinin “Gefle” ilə İsveçdəki oyununda qol sevinci yaşayan “Qarabağ”ın futbolçusu Reynaldo avrokuboklarda 5-ci dəfə fərqlənib. Apasport.az saytının məlumatına görə, özü üçün yubiley qolunu vuran braziliyalı qitə miqyaslı turnirlərdə rəqib qapısına ilk dəfə Belçikanın “Serkl Brügge” klubunda oynayarkən yol tapıb. Reynaldonun digər 4 qolunu isə cari mövsüm “Qarabağ”ın heyətində vurub.

Ağdam təmsilçisinin indiki heyətində ən çox qol vuran futbolçu isə Nikoloz Gelaşvilidir. Gürcüstanlı futbolçu vətənində “Zestafoni”nin şərəfini qoruyarkən avrokuboklarda 10 qol vurub. Reynaldo isə 5-ə çatmaqla 2-ci pillədə qərarlaşan Rəşad Sadıqova şərik olub.