“Ayntraxt” Bakıya həsrətlə gəlir
10.08.2013 - 16:30
“Ayntraxt” Bakıya həsrətlə gəlir
Ardıcıl 7 oyundur avrokuboklarda uduzmayan “Qarabağ”ın növbəti rəqibi Almaniyanın “Ayntraxt” klubu qələbə həsrətindədir. Apasport.az saytının məlumatına görə, avqustun 22-də Avropa Liqasının ilk oyununda təmsilçimizə rəqib olacaq frankfurtlular artıq 5 matçdır qələbə qazana bilmir. Söhbət almaniyalıların son 5 avrokubok oyunundan gedir.

Sonuncu dəfə 2006/07 mövsümündə qitə səhnəsinə çıxan “Ayntraxt” mübarizəni qrup mərhələsində dayandırmışdı. Buna səbəb 4 qrup oyununda 3 heç-heçə və 1 məğlubiyyətin qeydə alınması idi. Bunadək Danimarka “Brondbü”sü ilə cavab oyununu da uda bilməyən (2:2) almaniyalılar artıq 5 matçdır qələbə həsrətindədir. Onlar son qələbəsini danimarkalılarla ilk oyunda əldə edib – 4:0.