“Ayntraxt”ın son uğurlarının şahidi - FOTO
10.08.2013 - 16:53
“Ayntraxt”ın son uğurlarının şahidi - FOTO
Avropa Liqasının pley-off mərhələsində Azərbaycanın yeganə təmsilçisi “Qarabağ”la qarşılaşacaq “Ayntraxt”ı ölkəmizlə bağlayan tellər kifayət qədərdir. Apasport.az saytının məlumatına görə, 11 il Frankfurt təmsilçisində çalışan Bernard Lippertin hazırda AFFA və U-21-də işləməsi, futbol assosiasiyamızın bu klubla əməkdaşlıq haqda müqaviləsinin olması, bir neçə il xeyli sayda gənc azərbaycanlının orada məşq etməsi kimi bir çox məqamlar diqqət çəkir.

Bütün bunlardan başqa artıq neçə ildir ölkəmizdə çalışan Kaxaber Sxadadze də bu klubla bağlıdır. Belə ki, “İnter”in baş məşqçisi Avropada “Ayntraxt”dakı oyunu hesabına möhkəmlənib. 1993-cü ilin yanvarından 1997-ci ilin iyulunadək 4 il yarım Frankfurt klubunda çıxış edən müdafiəçi komandasının avrokuboklarda son uğurlarının şahididir. Belə ki, həmin illərdə 2 dəfə avrokubokların 1/4 finalına yüksələn komanda bir daha bu qədər irəliləyə bilməyib.

Sxadadze isə Bundesliqada 64. avrokuboklarda 8, Almaniya kubokunda 6, 2-ci Bundesliqada 9 qarşılaşmada “Ayntraxt”ın formasını geyinib.