Millətlər Kubokunun iştirakçısı Azərbaycanda oynayacaq
11.08.2013 - 10:38
Topaz Premyer Liqasının cari mövsümünə ardıcıl 2 məğlubiyyətlə başlayan “Rəvan” daha bir transfer həyata keçirib. Apasport.az saytının xəbərinə görə, komanda kamerunlu Mişel Patrik Balokoq Nakla 1 illik müqavilə bağlayıb.
Sentyabrda 27 yaşı tamam olacaq yarımmüdafiəçi vətənində "Kotonsport”un şərəfini 3 mövsüm qoruduqdan sonra "Domjale”nin uğurları üçün çalışıb. Vətənində 2 dəfə ölkə çempionu, 3 dəfə isə kubokun qalibi olan Mişel Sloveniya klubunda son mövsümdə 14 oyunda meydana çıxıb və bürünc medallara sahib çıxıb.
O, 2011-ci ildə Kamerun millisinin heyətində Afrika Millətlər Kubokunda da iştirak edib.

0
0