Kapolonqo Tunis millisi ilə oyuna çağırıldı
12.08.2013 - 07:47
Kapolonqo Tunis millisi ilə oyuna çağırıldı
“Qarabağ”ın daha bir futbolçusu ölkəsinin milli komandasına çağırılıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin yeni transferi Ulrix Kapolonqo Konqo milli komandasına dəvət alıb.

24 yaşlı hücumçu yığmasının avqustun 14-də keçiriləcək yoxlama oyununda iştirak etmək şansı qazanıb. Həmin gün Konqo millisi Tunislə görüşdə qüvvəsini sınayacaq. Kapolonqonun komandası bu matçı səfərdə keçirəcək.

Qeyd edək ki, “Qarabağ” Afrika təmsilçisindən başqa Azərbaycan. Gürcüstan və Albaniya yığmalarına da futbolçu verir.