3 futbolçu Bakıya gətirilmir
12.08.2013 - 08:24
3 futbolçu Bakıya gətirilmir
Avqustun 14-də millimizlə yoldaşlıq görüşü keçirəcək Malta yığmasının heyətində növbəti dəfə dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, cırtdan ölkə təmsilçisi Bakıya 20 futbolçu ilə gələcək.

Baş məşqçi Pyetro Qedin səfər üçün öncə 23 nəfərlik heyət açıqlasa da, son anda Qlenn Zammit, Justin Qrioli, Terens Vellanın xidmətindən imtina edib.

Qapıçılar: Henri Bonello (“Slima”), Justin Haber (Birkirkara), Nikki Vella (Tarxien);

Müdafiəçilər: Andre Agius (“Sassari Torres”, İtaliya), Yakob Borq (“Balzan”) Rayan Kamilleri, Kleyton Failla (hər ikisi “Hibetnians”), Klifford Qatt Baldaçino, Mark Scerri (hər ikisi “Slima”);

Yarımmüdafiəçilər: Şon Bajada, Rayan Feneç, Roderik Briffa (hamısı “Valletta”), Pol Feneç, Edvard Herrera, Roven Muskat, Qaret Skiberras (hamısı “Birkirkara”);

Hücumçular: Mihael Mifsud (klubsuz), Endryu Kohen (Hibernians), Con Mintoff ( “Slima”), Andre Şembri (“Omoniya”, Kipr)