“Neftçi” düşərgəsindən şikayət başladı: Həmin qollar qeydə alınsaydı...
12.08.2013 - 13:02
“Rəvan”ı məğlub etdiyimiz, ümumiyyətlə, ardıcıl ikinci qələbəmizi qazandığımız üçün sevinirəm. Amma təəssüf ki, vurduğum təmiz qol hesaba alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin yarımmüdafiəçisi Emin Mehtiyev deyib.
“Rəvan”la oyunun 59-cu dəqiqəsində Araz Abdullayevin yerinə meydana daxil olan 21 yaşlı futbolçu qol vursa da, bu, baş hakim Ramil Diniyev tərəfindən qeydə alınmayıb.
Mehtiyev klubun rəsmi saytına verdiyi açıqlamasında bu haqda danışıb: “AZAL-la ilk tur oyununda da oxşar hal baş vermişdi. Həmin görüşdə Araz Abdullayevin ötürməsindən sonra Bahodir Nasimovun qolu qeydə alınmamışdı. Halbuki, Araz topu kənara çıxarmamış, yəni, qapı xəttinin üzərindən ötürmüşdü. Bu dəfə isə Ernest Nforun ötürməsindən sonra qol vursam da, hakim Flavinyonun oyundankənar vəziyyətdə olduğunu qeydə aldı. Həmin anda Flavinyonun zərbəyə müdaxiləsi yox idi. O, qapıçıya da zərbəni qaytarmağa mane olmurdu. Artıq iki turdur qollarımız qeydə alınmır. Düzdür, bu, yekun nəticəyə təsir etməyib. Lakin həmin qollar qeydə alınsaydı, hazırda məhz “Neftçi” top fərqinə görə turnir cədvəlində birinci yerdə qərarlaşmalıydı”.
Qeyd edək ki, “Rəvan” – “Neftçi” oyunu qonaqların 2:0 hesablı qələbəsi ilə nəticələnib. Bu görüş həmçinin meydan sahiblərinin baş məşqçisi Ramil Əliyevin istefasına səbəb olub.

- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”
- El-Şaaravinin yeni klubu bilindi – "Sabah"a gəlmədi
0
0