“Qarabağ” və “Xəzər Lənkəran”ın oyunçuları yığmadan uzaqlaşdırıldı
12.08.2013 - 14:33
“Qarabağ” və “Xəzər Lənkəran”ın oyunçuları yığmadan uzaqlaşdırıldı
Zədəli olduğu üçün 21 yaşadək futbolçulardan ibarət yığmamızın heyətindən 2 futbolçu çıxarılıb. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, bunlar “Qarabağ"ın yarımmüdafiəçisi Hacı Əhmədov və “Xəzər Lənkəran”ın qapıçısı Orxan Sadıqlıdır.

Qeyd edək ki, avqustun 14-də, Bakı vaxtı ilə saat 21:00-da, Loveç şəhər stadionunda Bolqarıstan və Azərbaycan U-21-ləri arasında yoldaşlıq oyunu keçiriləcək.