Cihan Özkara milliyə darmadağınla qayıtdı
12.08.2013 - 14:58
Milli komandamızın hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor” Superliqa öncəsi son yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, futbolçumuzun komandası Türkiyənin baş naziri Rəcəp Tayyip Ərdoğanın adına olan stadionda “Kasımpaşa” ilə qarşılaşıb.
Baş məşqçi Roberto Karlos Cihana start “11-lik”də şans versə də, futbolçumuz hücumçu funksiyasının öhdəsindən yenə gələ bilməyib. Əksinə, meydan sahibi olan “Kasımpaşa” fasilədən sonra 3 cavabsız top vuraraq qələbə qazanıb.
Qeyd edək ki, Cihan Özkara artıq millimizin düşərgəsinə qayıdıb. O, avqustun 14-də Malta ilə yoldaşlıq oyununun iştirakçılarından ola bilər.

0
0