Berti Foqts: Mən nə dediyimi yaxşı bilirəm
12.08.2013 - 15:30
Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Malta ilə oyun öncəsi mətbuat konfransı keçirir. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis matça hazırlıq barədə nəsə deməyə çətinlik çəkdiyini bildirərək, media nümayəndələrinin suallarını cavablandırıb.
- Hazırlıq barədə bir şey deyə bilmərəm. Çünki futbolçuları bu gün naharda görmüşəm.
- Pərdis Fərcad-Azad zədəli olduğu halda, milliyə niyə dəvət etmisiz?
- Onun zədəli, hazırda Berlində olması haqda məlumatım var. Vurğun Hüseynovu da uzun fasilədən sonra heyətə çağırmışdım.
- Çempionat oyunlarına əsasən təəssüratlarınız necədir?
- Mən həmişə sürətli oyunun tərəfdarı olmuşam. Köməkçilərimdən müəyyən məlumatlar almışam. Onu deyə bilərəm ki, fiziki hazırlıq istənilən səviyyədə deyil. Bilmirəm, bu, havaların isti olması, yaxud futbolçuların oruc saxlaması ilə bağlıdır.
- Almaniya mətbuatına azərbaycanlı məşqçilərlə yarımçıq qalan görüşünüzdən danışmısınız. Bu, hansı görüşdür?
- Siz bunu hardan bilirsiniz? Məgər almanca bilib, mətbuatını oxuyursunuz? Elə isə gəlin, almanca danışaq.
- Hər halda, Almaniya mətbuatını izləyirik...
- Mən nə dediyimi yaxşı bilirəm. Gəlin, oyun haqda danışaq.
- Çempionatın ilk turunun oyunlarını ötən mövsümlə müqayisə edə bilərsiniz?
- Hələ bu haqda danışmaq tezdir. Köməkçilərim Lənkərandakı oyunu izləyib. Mən həftəsonu baş tutacaq qarşılaşmalardan daha çox şey gözləyirəm.
- Mütəxəssislər Malta ilə matçın lazımsız olduğunu düşünürlər: Sizin buna münasibətiniz necədir?
- Hansı mütəxəssislər: futbol, yoxsa güləş?
- Futbol...
- Bu, beynəlxalq yoldaşlıq görüşüdür. İsraillə oyun öncəsi yoxlama görüşü keçirməli idik. Malta bir sıra komandalara qalib gəlib. Azərbaycan klubları da rəsmi oyun öncəsi yoxlama görüşlərində qüvvələrini sınayırlar.
- Avropa Liqasında “Ayntraxt”la çətin oyunları olduğunu nəzərə alıb, “Qarabağ”ın futbolçularını milliyə çağırmamaq mümkün deyildi?
- Beynəlxalq oyunlar futbolçular üçün vacibdir. “Qarabağ”ın futbolçuları sevinsin ki, belə matç öncəsi yığmaya çağırılıblar. Almaniya millisi avqustun 14-də Paraqvayla oynayır. Onda baş məşqçi Yoahim Löv “Bavariya”nın futbolçularını çağırmasın?
- “Qarabağ”ın əsas futbolçuları zədələnsə, onda “Ayntraxt”a qarşı kim oynayacaq?
- Onlar məşqdə də zədələnə bilərlər.
- Dekabrda AFFA ilə müqaviləniz bitir. Assosiasiya artıq yeni baş məşqçi axtarışındadır. Siz postunuzda qalmaq istəyərdiniz? İstəyirsinizsə, bizə Avropanın ortabab komandası olması üçün nə qədər vaxt lazımdır?
- Mənim AFFA ilə müqaviləm bitir. Hüququm var ki, başqa təkliflərə baxım. Eləcə də, AFFA-nın. Mən işə başlayanda, meydançalar yox idi. İndi isə vəziyyət tam fərqlidir.
- Azərbaycan klubundan təklif olsa, işləyirsiniz?
- Mənim müqaviləmdən daha vacib şeylər - qarşıda oyun var. Müqaviləm isə dekabra kimidir.
- Malta ilə oyunda əsas məqsədiniz nə olacaq? Bundan sonra İsraillə səfər matçında nəyə ümid edə bilərik?
- Mən futbolçuları, əsasən cinah oyunları iş başında görmək istərdim. Əsas da uzun fasilədən sonra milliyə qayıdan Ufuk Budakla Əfran İsmayılovu. İsraillə matça gəlincə, “Xəzər Lənkəran” bu yaxında İsrail komandası ilə oynamışdı. Hesab neçə olmuşdu?
- Səfərdə 0:2, evdə 0:8 hesabı ilə uduzub...
- Nəzərə alın ki, mən azərbaycanlı futbolçularla oynayacağam.

0
0