Avropa Liqası: Pley-offda daha bir Azərbaycan təmsilçisi
12.08.2013 - 15:52
Avropa Liqası: Pley-offda daha bir Azərbaycan təmsilçisi
Sabiq AFFA rəsmisi Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində baş tutacaq "Kuban" (Krasnodar, Rusiya) - "Feyenoord" (Hollandiya) qarşılaşmasının UEFA nümayəndəsi olacaq.

Bu görüş avqustun 22-də baş tutacaq. Krasnodar şəhərindəki oyun "Kuban" stadionunda keçiriləcək.

Qeyd edək ki, bu mərhələdə Azərbaycanın yeganə təmsilçisi “Qarabağ” Almaniyanın “Ayntraxt” klubu ilə görüşəcək.

Mənbə: affa.az