Berti Foqts “Qarabağ”ın şansını dəyərləndirdi
12.08.2013 - 15:54
“Qarabağ”ın “Ayntraxt”la görüşlərində şansları qiymətləndirmək çətindir. Əgər “Qarabağ” sürətli oynasa, qalib gələ bilər. Əks halda, çətin olacaq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis Malta ilə avqustun 14-də keçiriləcək yoxlama oyunu ərəfəsində təşkil olunan mətbuat konfransında Avropa Liqasının pley-off mərhələsi haqda da danışıb.
Foqts bu mərhələdəki yeganə təmsilçimiz “Qarabağ”ın Almaniya “Ayntraxt”ı ilə dueldən qalib ayrılmaq şansını dəyərləndirib: “Ayntraxt” keçən il Bundesliqaya qayıdıb, 6-cı yeri tutub. İndi zəifdir, həftəsonu “Herta”ya 1:6 hesabı ilə uduzub. “Qarabağ”ın az da olsa şansı var. Mən həmkarımın qrup mərhələsinin iştirakçısı olmağını istərdim”.
Foqts “Ayntraxt”ın prezidentinin Azərbaycanın U-21 yığmasının baş məşqçisi Bernard Lippertə zəng edərək, məlumat alması ilə bağlı suala da gülərək münasibət bildirib: “Siz hardan bilirsiniz ki, o, Lippertə zəng edib? Mənə zəng edə bilməz. Çünki telefon nömrəmi onlarda yoxdur”.
Almaniya mətbuatına açıqlamasında “Qarabağ”ı Azərbaycanın ən yaxşı klubu adlandıran mütəxəssis ən yaxşı baş məşqçinin adını çəkməməsinə də aydınlıq gətirib: “Gələn dəfə “Qarabağ”la yanaşı, baş məşqçinin də adını çəkəcəyəm”.

0
0