Əli Gökdəmir milliyə niyə gəlməyib?
12.08.2013 - 16:25
Əli Gökdəmir milliyə niyə gəlməyib?
“Dişimi müalicə etdirirəm. Bu üzdən 1 həftəyə yaxın məşq edə bilməmişəm”. Bunu apasport.az saytına açıqlamasında millimizin və “Hannover 96”nın futbolçusu Əli Gökdəmir deyib.

Gökdəmir yığmamızın Malta ilə avqustun 14-də Bakıda baş tutacaq görüşü üçün ehtiyat heyətdə yer alıb.

Almaniya doğumlu olan azərbaycanmənşəli futbolçu əsas heyətdə yer almamasının xüsusi səbəbi var: “Dişimə görə komandamın məşqlərini buraxmalı oldum. Komanda ilə məşqlərə yenicə qoşulmuşam. Bundesliqanın ilk turunda “Volfsburq”la görüşdə “18-lik”də olmamağım və milli komandanın əsas heyətinə çağırılmamağım da bununla bağlıdır. Berti Foqts əslində məni də çağırmışdı. Ancaq “Hannover 96”nın baş məşqçisi Mirko Slomka Foqtsla söhbət etdi və ona budəfəlik məni yığmaya çağırmamağı məsləhət gördü. Belədə hər 2 məşqçi anlaşdı”.