“Frankfurta “Qarabağ”a azarkeşlik etməyə gedəcəyəm”
12.08.2013 - 16:57
“Frankfurta “Qarabağ”a azarkeşlik etməyə gedəcəyəm”
“Qarabağ”ın alman klubu ilə düşməsini eşidəndə çox sevindim. Çünki millidən tanıdığım futbolçuları yaşadığım Almaniyada canlı görmək imkanı əldə edəcəyəm”. Bunu apasport.az saytına açıqlamasında millimizin və “Hannover 96”nın üzvü Əli Gökdəmir deyib.

21 yaşlı futbolçu avqustun 29-da “Qarabağ”ın “Ayntraxt”la oyununda stadionda olacağını bildirib: “Frankfurtdakı oyunda mən də stadionda olacağam və “Qarabağ”a azarkeşlik edəcəyəm. Düşünürəm ki, cütün taleyi ilk oyunun nəticəsindən asılı olacaq. Bakıda yaxşı nəticə qeydə alınsa, o zaman “Qarabağ”ın mərhələ adlamaq şansı var. “Ayntraxt” Almaniyada güclü komandalardan deyil. Onun ilk turda “Herta”ya 1:6 yenilməsi də bunu sübut edir”.

Səbuhi TOFİQOĞLU