Aleksandr Səmədov Berezutskinin yığmamızla bağlı verdiyi suala cavab vermədi
12.08.2013 - 17:20
Rusiya yığmasının Şimali İrlandiya ilə seçmə görüşünə dəvət alan 24 futbolçu arasında atası azərbaycanlı olan Aleksandr Səmədov da var. Apasport.az saytının məlumatına görə, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Hartfordşirdə jurnalistlər önündə müsahibə verərkən gözlənilməz hərəkətlə üzləşib.
Belə ki, Rusiya millisinin və Moskva MOİK-inin müdafiəçisi Vasili Berezutski 29 yaşlı futbolçuya ilk sualı verən adam olub. Onun “Azərbaycan yığmasını yox, Rusiyanı seçdiyinizə görə təəssüflənmirsiniz ki? Çünki Azərbaycanı seçsəydiniz, daha çox oyun təcrübəsi qazanardınız” atmacasına Səmədov özünü sındırmayaraq belə cavab verib: “Növbəti suala keçin”.
Qeyd edək ki, Şimali İrlandiya – Rusiya oyunu martda Belfastda hava şəraitinin əlverişsiz olması üzündən təxirə salınmışdı. Ona görə də bizim seçmə mərhələnin qrupunda yeganə olan bu görüş avqustun 14-də keçiriləcək.

0
0