Estoniya yığmasının millimizlə oyunlar üçün heyəti məlum oldu
12.08.2013 - 17:38
Estoniya yığmasının millimizlə oyunlar üçün heyəti məlum oldu
Estoniyanın 17 yaşadək futbolçulardan ibarət komandasının yığmamızla yoldaşlıq oyunlarında güvənəcəyi heyətə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Lars Hopp 17 futbolçuya dəvət göndərib.

Qapıçılar: Vladislav Tsvetkov (Levadiya), Sten-Marten Vahi (Nımme Yunayted);

Müdafiəçilər: Oskar Berqqren (Tulevik), Siim Kask (Tammeka), Jan Kokla, Kert Krusel, Henrik Kummer (hər üçü “Nımme Yunayted”);

Yarımmüdafiəçilər: Peeter Kleyn, Mark Oliver Roosnupp (hər ikisi “Nımme Yunayted”), Hendrik Nelk (Tulevik), Randin Rande, Herol Riiberq (hər ikisi “Flora”), Rasmus Tauts (Tammeka), Henri Reynvald (Levadiya);

Hücumçular: Eduard Qolovlyov (İnfonet), Andrey Klimtşuk (Legion), Mattias Keyt (Levadiya).

Qeyd edək ki, U-17 millimizin çalışdırıcısı Nikolay Adam isə 18 futbolçu ilə Estoniyanın paytaxtı Tallində hazırlıq keçir.