Subaşiç son yoxlama matçında 85 dəqiqə oynadı
12.08.2013 - 17:48
Subaşiç son yoxlama matçında 85 dəqiqə oynadı
Milli komandamızın hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” sonuncu hazırlıq oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Ordu təmsilçisi Samsundakı “19 Mayıs” stadionunda yerli “Samsunspor”un qonağı olub.

Subaşiç ilk dəqiqələrdən meydanda olub. Serbiyalı futbolçumuz yalnız bir epizodda diqqət mərkəzinə düşüb. Onun görüşün 21-ci dəqiqəsində cərimə meydançasının kənarından vurduğu top az fərqlə kənara çıxıb. Qalan dəqiqələrdə də fərqlənə bilməyən Subaşiç 85-ci dəqiqədə Reha ilə əvəzlənib. Qarşılaşmaya gəlincə, tərəflər qapılara yol tapa bilməyib – 0:0.

Qeyd edək ki, “Orduspor” Boluda toplanışı vaxtı “Mersin İdman Yurdu” (0:1), “Payas Bələdiyəspor” (0:0), “Dənizlispor” (2:1), “Tavşanlı Linyitspor” (1:2), “Tuzlaspor” (0:2) və “Kahramanmaraşspor”la (0:0) yoxlama oyunu keçirmişdi. Sonuncu qarşılaşma güclü yağış üzündən 65-ci dəqiqədə yarımçıq dayandırılmışdı.