Millimizin oyunu 2 avroya
12.08.2013 - 18:01
Millimizin oyunu 2 avroya
17 yaşadək futbolçulardan ibarət yığmamızın Estoniya ilə yoldaşlıq oyunlarının qiyməti bəlli olub. Apasport.az saytının məlumatına görə, komandamızın avqustun 15-i və 17-də Tallində keçirəcəyi yoldaşlıq görüşlərini izləmək üçün 2 avro ödəmək lazımdır.

Ancaq pulsuz girişlər də mövcuddur. Belə ki, mövsümlük kartı olanlara və azarkeş qruplarının üzvlərinə giriş pulsuzdur.

Qeyd edək ki, hər 2 oyun Tallinin TNTK stadionunda keçiriləcək.