Araz Abdullayev: Foqtsla çox isti münasibətimiz var
12.08.2013 - 18:45
“Bu gün təlim-məşq toplanışımız başlayıb. Elə məşq edək ki, 2 gün sonra burda Malta yığması ilə matçda yaxşı təsir bağışlayaq. Çalışacağıq ki, Malta ilə oyunda ev sahibi kimi millətimizə qələbə bəxş edək”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin futbolçusu Araz Abdullayev deyib.
Bu gün millimizin açıq məşqi zamanı jurnalistlər qarşısına çıxan “Neftçi”nin yarımmüdafiəçisi heç bir həyəcanının olmadığını bildirib: “Burda bütün futbolçular mənə doğma kimidir. Çalışıram ki, komandaya uyğunlaşım, xeyir verim. Baş məşqçi Berti Foqtsla münasibətim yaxşıdır. Mənimlə fərdi olaraq danışmasa da, məşqlərdə çox isti münasibətimiz var. Mən də çalışıram ki, yaxşı məşq edim”.
Mehman SÜLEYMANOV

0
0