“Millinin baş məşqçiliyinə xaricdən daha çox müraciətlər gəlir” - MÜSAHİBƏ
12.08.2013 - 19:52
Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov millimizin açıq məşqi zamanı jurnalistlər üçün brifinq keçirib. Assosiasiyanın əsas rəhbər şəxslərindən biri apasport.az saytının da suallarına cavab verib.
Məmmədov ilk olaraq millimizin Malta ilə avqustun 14-də keçirəcəyi yoldaşlıq görüşü haqda danışıb.
- Bildiyiniz kimi, bu gün millimizin hazırlığının ilk günüdür. Bütün komanda üzvləri, futbolçular artıq təlim-məşq toplanışında qoşulub. Hər gün 1 məşq planlaşdırılıb. Hesab edirəm ki, Malta ilə matç rəsmi oyun öncəsi bizim üçün çox vacibdir. Artıq baş məşqçi də start heyətini müəyyənləşdirəcək. Yəqin ki, İsraildə həmin 11 futbolçu ilə meydana çıxacaq.
- Millimizin baş məşqçisi Berti Foqtsun yerinə namizədlər siyahısı artıq hazırdırmı, yoxsa hələ axtarışdasınız?
- Son 4 ildə demək olar hər ay namizədlər müraciət edirlər. Bunlar müxtəlif məşqçilərdir, xaricdən daha çox müraciətlər gəlir. Ancaq biz buna hələ baxmırıq. Bildiyiniz kimi, Foqtsun müqaviləsi ilin sonunda başa çatır. Ondan sonra İcraiyyə Komitəsinə hesabat veriləcək və buna uyğun olaraq müvafiq qərar veriləcək.
- Nazim Süleymanov bugünkü məşqdə çox fəal görünür. Sanki indidən komandanı əlinə almaq istəyir. Ola bilərmi ki, Foqtsun yerinə bu mütəxəssis gəlir?
- Yox. Süleymanov Foqtsun köməkçisidir. Çox təcrübəli futbolçu olub. Artıq təcrübəli, Premyer Liqamızda tanınmış, yaxşı nəticə göstərən bir məşqçidir. Foqts ona tam inanır və nəticədə Süleymanov bəzi məşq proseslərində belə fəal iştirak edir. Gələcəkdə də belə olacaq.
- Məşq başlayanda Foqtsla qısa dialoqunuz oldu və bir qədər sanki əsəbiləşdiniz...
- Mən?
- Söhbətiniz zamanı iki tərəfdə də bir narazılıq oldu və Foqts üzünü çevirib getdi. Bu, nə ilə bağlı idi?
- Sözün düzü, hər şey qaydasındadır. Soruşdum ki, komanda, ab-hava necədir. Foqts da dedi ki, ab-hava da, komanda ruhu da yaxşıdır. Təbii ki, “Qarabağ”ın son oyunları bizi çox sevindirdi. Bu, o biri futbolçulara da böyük motivasiya verir. Məhz buna görə hesab edirəm ki, hazırda komandada ruh yüksəkliyi daha yaxşıdır. Çünki “Qarabağ” artıq Avropa Liqasında pley-off mərhələsinə vəsiqə qazanıb. Ona uğurlar arzulayıram. Hesab edirəm ki, “Qarabağ” ümumiyyətlə, Azərbaycan futbol tarixində klublar arasında ən gözəl futbol nümayiş etdirir. Bu da baş məşqçinin səmərəli işi idi. Klub rəhbərliyinin illərlə gördüyü işin nəticəsidir ki, “Qarabağ” belə gözəl oyun nümayiş etdirir. Ümid edirik ki, komandamız Almaniya Bundesliqasında 6-cı yeri tutan “Ayntraxt”la oynasa belə, inamlı çıxış edərək, bizi sevindirəcək.
- “Qarabağ”ın baş məşqçisindən söz düşmüşkən, Qurban Qurbanov millinin gələcəkdə çalışdırmağa əsas namizəd sayılır. Bu variantı nə dərəcədə real sayırsınız?
- Təbii ki, Foqtsun müqaviləsi başa çatanda bütün namizədlərə baxılacaq. Hazırda Qurbanov variantı haqda fikir demək istəməzdim. Çünki bu, düzgün olmazdı.
- 2009-cu ildə İspaniya yığmasından sonra Azərbaycana yoldaşlıq görüşü keçirməyə dünya nəhəngi gəlməyib. Siz də dəfələrlə demisiniz ki, belə oyunların baş tutmağı üçün 1-2 əvvəldən müraciət etmək lazımdır. O gündən bu yana heç bir federasiyaya müraciət etməmisiniz?
- Bu, ilk növbədə püşkatmadan asılıdır. İlk mərhələdə püşkün nəticəsini gözləyirik və bundan sonra rəqiblərlə danışıqlara başlayırıq. Hazırda 3 rəsmi oyunumuz qalıb. Bildiyiniz kimi, gələn il Avropa çempionatının püşkatması olacaq. Ona görə də indi danışıqlar aparmaq düzgün deyil. Çünki elə ola bilər ki, rəqiblə bir qrupa düşək. Püşkdən sonra müvafiq qaydada danışıqlara başlayacağıq. Təbii ki, gələn il dünya nəhənginin birinin Azərbaycana gəlməyi ola bilər.
- Millimizin cari seçmə mərhələdə hansı yeri tutmağını daha real sayırsınız?
- Təbii ki, indiki yerimizdə - 4-cü yerdə qalmaq yaxşı olardı. Bu, minimum hədəfdir.
Mehman SÜLEYMANOV

0
0