Van Persi: “Mançester Yunayted”ə Runi ilə birgə oynamaq üçün gəlmişəm
12.08.2013 - 21:09
Van Persi: “Mançester Yunayted”ə Runi ilə birgə oynamaq üçün gəlmişəm
“Mançester Yunayted”in ulduz futbolçusu Robin van Persi Komanda yoldaşı Ueyn Runi barədə danışıb. Apasport.az saytının məlumatına görə, İngiltərə mətbuatına açıqlama verən hollandiyalı hücumçu Runinin klubu tərk etməyəcəyinə inandığını deyib.

Van Persi hücumda onunla birlikdə oynamaq üçün “Mançester Yunayted”ə gəldiyini bildirib: “Hamı Runinin komandada qalmağını istəyir. Onun da bu məsələdən xəbəri olduğunu düşünürəm. Buraya gəlmə səbəblərimdən biri də onunla birlikdə oynamaqdı. Ümid edirəm ki, bizimlə qalacaq. O, uduzmaqdan nifrət edir və ona görə də, meydanda var gücü ilə çalışır. Runi bu komandanı ruhlandıran oyunçudur. İnanıram ki, o geri qayıdacaq və komanda üçün əlindən gələni edəcək”.

Qeyd edək ki, Digər hücumçu Van Persinin komandaya gəlişindən sonra heyətdə şans verilməyən Runi klubdan ayrılmaq istəyir.