Del Boske: İspaniya millisini tərk edə bilərəm
12.08.2013 - 22:57
Del Boske: İspaniya millisini tərk edə bilərəm
İspaniya millisinin baş məşqçisi Visente del Boske komandadakı gələcək dən danışıb. Apasport.az saytının məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən 62 yaşlı mütəxəssis yığmadan ayrılmağı düşündüyünü deyib.

İspan çalışdırıcı 2014-cü ildəki dünya kubokunda uğur qazandıqdan sonra komandanı tərk edəcəyini bildirib: "Vaxtı gələndə, qərarımı açıqlayacağam. Ola bilsin ki, dünya çempionatından sonra postumdan getdim. Ancaq hələ ki, əsas məqsədimiz dünya çempionatının final mərhələsinə vəsiqə qazanmaqdır. Bunun üçün də qarşıdakı oyunlarda qələbə qazanmalıyıq".

Qeyd edək ki, İspaniya millisinə dünya və Avropa kubokunu qazandıran del Boske 2008-ci ildən komandanın baş məşqçi postundadır.