Droqbaya görə klubundan qovuldu - FOTO
12.08.2013 - 23:58
Droqbaya görə klubundan qovuldu - FOTO
Türkiyə PTT Birinci Liqasında çıxış edən “Adana Dəmirspor” rəhbərliyi futbolçusu Onur Gedikkayanı klubdan qovub. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb oyunçunun “Tvitter” sosial şəbəkəsindəki şəxsi hesabından “Doqbaaa” sözünü paylaşması olub.

Belə ki, avqustun 11-də keçirilən Türkiyə Superkuboku oyununda “Qalatasaray”ın futbolçusu Didye Droqbanın “Fənərbaxça” qapısına vurduğu qoldan sonra Gedikkaya öz profilindən “Doqbaaa” sözünü paylaşıb. Bu hadisədən xəbər tutan “Adana Dəmirspor” rəhbərliyi ötən gün oyunçunu rəsmən klubdan göndərib.