Mahir Şükürov Maksim Medvedevlə rəqabətdən danışdı
13.08.2013 - 00:27
“İndi yoldaşlıq görüşü keçirməyimiz yaxşı haldı. Çünki qarşıda İsrail yığması ilə rəsmi matçımız var”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Azərbaycan millisinin vitse-kapitanı Mahir Şükürov deyib.
Formasını geyindiyi “Neftçi” klubunda da eyni funksiyanı yerinə yetirən müdafiəçi bildirib ki, komandamızın qarşıdakı 3 çətin rəsmi oyunu öncəsi Malta ilə yoldaşlıq görüşü çox vacibdir: “Öz meydanımızda oynadığımızdan qələbə qazanmağa çalışacağıq. Əlbəttə, görüşün “Bakcell Arena”da keçirilməsi “Neftçi”nin futbolçularına əlavə stimul verir. Çünki ev oyunlarımızı keçirdiyimiz həmin məkana uyğunlaşmışıq. Bu arena bizim üçün doğmalaşdığından, heç bir problem yoxdur”.
Şükürov onunla eyni mövqedə oynayan, müdafiənin sağ cinahında uğurla çıxış edən “Qarabağ”dakı həmkarı Maksim Medvedevlə rəqabətdən çəkinmədiyini vurğulayıb: “Mənim üçün bu vaxta kimi rəqabət problem olmayıb. Heyəti baş məşqçi seçir. Kim özünü yaxşı tərəfdən göstərirsə, o da oynayır. Əvvəl millidə sağ cinah yarımmüdafiəçisi olmadığından həmin mövqedə oynayırdım. İndi futbolçular olduğundan, öz mövqeyimdə çıxış edirəm. Əlbəttə, müdafiənin sağ cinahında oynamaq mənim üçün daha rahatdır”.
Mehman SÜLEYMANOV

0
0