Qədirov “Rəvan”a nə söz verdi?
13.08.2013 - 00:55
"Rəvan” Futbol Klubuna yenicə baş məşqçi təyin olunan Vladislav Qədirov bu gün komandaya təqdim olunub və futbolçularla ilk görüşünü keçirib. Apasport.az klub saytına istinadən xəbər verir ki, komandanın ev oyunlarını keçirdiyi "Bayıl stadionu”nda baş tutan görüşdə vitse-prezident Bəhruz Şirəliyev, yeni çalışdırı və komandanın bütün məşqçi, inzibati və futbolçu heyəti iştirak edib.
Mətbuat xidməinin rəhbəri Elvin Yaqubovun açılış nitqindən sonra vitse-prezident komanda üzvlərinə yeni çalışdırıcını təqdim edib. Şirəliyev komandada dəyişikliyin zəruri olduğunu və yeni çalışdırıcı ilə məqsədimizə çatacağımıza inandığını bildirib. Ardından Vladislav Qədirova söz verib. 42 yaşlı mütəxəssis komandanın uğurlu nəticələr qazanacağına inandığını bildirib və yüksək yerlər uğrunda mübarizə aparacaqlarına söz verib.
Tədbirdən sonra Qədirov komandanı məşqə çıxarıb.
Qeyd edək ki, “Rəvan”ın sabiq baş məşqçisi Ramil Əliyev Topaz Premyer Liqasının II turunda “Neftçi” ilə 2:0 hesablı məğlubiyyətdən sonra komandadan göndərilmişdi.

0
0