Cihan Özkaranın baş məşqçisi: Hədəfimiz ÇL-də iştirak etməkdir
13.08.2013 - 03:18
“Del Boske, Kapello və Hiddink kimi təcrübəli baş məşqçilərdən çox şey öyrənmişəm. Onlardan öyrəndiklərimlə öz təcrübəmi birləşdirib meydanda tətbiq etmək istəyirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi “Sivasspor”un baş məşqçisi Roberto Karlos deyib. Türkiyə mətbuatına danışan braziliyalı çalışdırıcı iddialı açıqlamalar verib.
Karlos növbəti mövsüm Çempionlar Liqasında çıxış etmək istədiklərini deyib: “Bu mövsüm səs gətirən işlər görmək istəyirik. “Türkiyə Superliqasına “Kayserispor” oyunu ilə başlayacağıq. Bu matç həmin bölgənin derbisi adlandırılır. Bu oyunla mövsümə iddialı başlamaq istəyirik. Yeni mövsümdə qarşımızda ciddi hədəflər var. UEFA Avropa Liqasında və Çempionlar Liqasında iştirak etmək istəyirik”.

0
0