“Xəzər Lənkəran” “Qarabağ”la oyuna itkilərlə hazırlaşır
13.08.2013 - 05:45
Topaz Premyer Liqasının III turunda səfərdə “Qarabağ”la qarşılaşacaq “Xəzər Lənkəran” istirahətini bitirərək doğma şəhərdə hazırlıqlara başlayacaq. Apasport.az saytının məlumatına görə, komanda bu gün saat 10:00-da stadionun köməkçi meydançasında məşqə çıxacaq.
Qeyd edək ki, “ağ-yaşıllar” “Qarabağ”la oyunun hazırlıqlarına əsas heyətin 6 futbolçusu olmadan başlayacaq. Belə ki, Rahid Əmirquliyev, Rasim Ramaldanov və Elnur Allahverdiyev əsas milliyə, Ağabala Ramazanov U 21, Kamran Abdullazadə U 19, Elnur Cəfərov U 17 milli komandalarına çağırılıblar. U 21 millisinə çağırılmış Orxan Sadıqlı isə zədəli olduğu üçün geri qaytarılıb. (Mənbə: 12cioyuncu.info)

0
0