Malta millimizə 9 qol vurub!
13.08.2013 - 10:25
Azərbaycan yığması sabah Malta ilə yoldaşlıq oyunu keçirəcək. Apasport.az saytının məlumatına görə, Bakıda baş tutacaq qarşılaşma rəqiblər arasında 4-cü matç olacaq.
Belə ki, komandamız indiyədək 3 dəfə ada təmsilçisi ilə qarşılaşıb. Sonuncu dəfə 11 il əvvəl qarşılaşdığımız rəqiblə əvvəlki oyunların hamısı eyni məkanda baş tutub. 3 dəfə Ta Qali şəhərində maltalıların qonağı olan millimiz indi “Baksell Arena”da meydana çıxacaq.
Əvvəlki qarşılaşmaların nəticələri Malta yığmasının aşkar üstünlüyü ilə keçib. Belə ki, bütün qarşılaşmalarda cırtdan ölkə təmsilçisi qalib gəlib. Qola həsrət qalan yığmamız 2 dəfə böyük hesabla uduzub, son matçda isə minimal fərqlə yenilib.
Bu görüşlərdə 1 məqam diqqət çəkir ki, yığmamız uduzduğu 3 qarşılaşmada oyundan oyuna 2 top az buraxıb. 19 il əvvəl darmadağına üzülən yığmamız 5, həmin oyundan 6 il sonra isə 3 cavabsız top buraxan komandamız 2002-ci ildə 1 qolla uduzmuşdu. Ümumilikdə isə maltalılar 3 oyunda millimizin qapısına 9 cavabsız qol vurublar.
19.04.1994. Ta Qali. Yoldaşlıq oyunu. Malta – Azərbaycan - 5:0
06.02.2000. Ta Qali. Beynəlxalq turnir. Malta – Azərbaycan - 3:0
17.04.2002. Ta Qali. Yoldaşlıq oyunu. Malta – Azərbaycan - 1:0

0
0