“Xəzər Lənkəran”dan qisas almaq barədə düşünmürəm”
13.08.2013 - 10:43
“Sabahkı duelin maraqlı keçəcəyini düşünürəm. İnanıram ki, yaxşı nəticə qazanacağıq”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Malta yığmasının futbolçusu Klifford Qatt Baldaçino deyib.
Baldaçino millimizlə sabah baş tutacaq yoldaşlıq görüşündə komandasının daha yaxşı oyun nümayiş etdirəcəyinə inandığını bildirib.
Klifford “Slima”nın futbolçusu olduğundan, son 1 ayda artıq 2-ci dəfə ölkəmizə gəlib. Belə ki, müdafiəçi Avropa Liqasının I təsnifat mərhələsində “Xəzər Lənkəran”la matçların iştirakçısı olub.
Maraqlıdır, Baldaçino millimizdən həmin məğıubiyyətin əvəzini çıxmağı düşünürmü?
O, apasport.az-ın bununla bağlı sualını təbəssümlə qarşıladı: “Qeyd etməliyəm ki, mən sabahkı qarşılaşmada “Xəzər Lənkəran”dan qisas almaq barədə düşünmürəm. Ancaq biz növbəti mərhələyə keçməsək də, “Xəzər Lənkəran”a qarşı oynamışdıq. İndi Azərbaycan yığması ilə sabahkı oyuna bütün diqqətimi yönəltmişəm və yaxşı fikirdəyəm”.
Qeyd edək ki, “Slima” “Xəzər Lənkəran”la evdə 1:1 hesablı bərabərliyə qalıb, səfərdə 0:1 hesabı ilə uduzub.
Mehman SÜLEYMANOV

0
0