2013-cü ildə 7-cı sınaq
13.08.2013 - 11:14
Malta yığması ilə sabah keçiriləcək yoxlama oyunu Azərbaycan milli komandasının tarixinə 198-ci oyun kimi düşəcək. Apasport.az saytının məlumatına görə, yığmamız yarandığı 1992-ci ildən indiyə qədər 197 qarşılaşma keçirib. Bu matçlarda 35 qələbə qazanan yığmamız 52 dəfə heç-heçə ilə kifayətlənib. Millimizin məğlubiyyətlərini sayı isə daha çoxdur – 110.
Futbolçularımız millinin oyunlarında 137 dəfə rəqib qapısına yol tapıb. Bu qarşılaşmalarda yığmamızın qapıçıları 342 topun buraxılmasına üzülüb.
Tarixində 103-cü yoxlama oyunu keçirəcək millimiz müxtəlif yoldaşlıq xarakterli turnirlərdəki oyunları da saymaq şərti ilə 102 görüşdə qüvvəsini sınayıb. 27 qələbə və 35 heç-heçənin təsadüf olunduğu belə matçlarda 40 yenilgimiz var. Top fərqində də rəqiblərimiz daha üstündür - 93-130.
6 ildir yığmamıza rəhbərlik edən Berti Foqtsun başçılığı altında 59-cu matça çıxacaq komandamız 12 qələbə qazanıb, 18 heç-heçə edib və 28 dəfə uduzub. Almaniyalı 45 qolun sevincini yaşayıbsa, 84 dəfə məyus olub. Əvvəlki 58 görüşün 31-i yoxlama matçı olub. Bu qarşılaşmalarda 9 qələbəsi olan millimizin heç-heçələri və məğlubiyyətləri eyni qədərdir – 11 dəfə. Top fərqində isə də yığmamız geridədir - 28-35.
Qeyd edək ki, Foqtsun yetirmələri 2013-cü ildə 7-ci oyununa çıxacaq. Bu il baş tutan 6 qarşılaşmada 1 qələbə, 4 heç-heçə və 1 məğlubiyyəti olan millimiz 3 qol vurub və 4-nü buraxıb.

0
0